Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 12:40
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-iyul aylarında ümumilikdə 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım ödənilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu istiqamətdə ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz çox və ya 707 milyon manat çox olmaqla, 3 mlrd. 349 mln. manat vəsait ödənilib.