Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəlininə vəzifə verilən Afaq Bəşirqızıdan AÇIQLAMA

Gəlininə vəzifə verilən Afaq Bəşirqızıdan AÇIQLAMA

Tarix: 12 Avqust 2020 14:08

Xalq artisti Afaq Bəşirqızı gəlini Könül Təhməzovaya vəzifə verilməsinə münasibət bildirib.

Sənətçi ölkə.az-a açıqlamasında bu barədə məlumatsız olduğunu deyib.

''Düzünü deyim ki, bu barədə məlumatım yox idi. Hətta xəbəri indicə sizdən eşidirəm. Hər kəsin öz həyat borcu, öz həyat vəzifəsi var. Mən belə düşünürəm ki, bu barədə hələ çox söz demək olmaz. Əgər Könül vəzifəyə təyin edilibsə, bu, o deməkdir ki, onun biliyinə etimad göstəriblər''.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin əmri ilə Xalq artistinin gəlini Könül Təhməzov 7 nömrəli məktəbə direktor vəzifəsinə təyin edilib.


Etiketlər:  Gəlininə vəzifə verilən Afaq Bəşirqızıdan AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ