Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 19:00
"Beşiktaş"ın daha bir futbolçusu FİFA-ya şikayət edə bilər.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, yarımmüdafiəçi Adem Lyayiç komandanın məşqlərinə qatılmır.
İstanbul təmsilçisi Serbiya millisinin üzvünün zədəli olduğunu bəyan etsə də, həqiqət heç də bundan ibarət deyil. Məsələ burasındadır ki, Lyayiç maaşını vaxtında ala bilmədiyi üçün məşqi boykot edib. Ödənişlərlə bağlı gecikmələr davam edərsə, 29 yaşlı hücumameyilli oyunçu FİFA-ya şikayət edə bilər.
Qeyd edək ki, "Beşiktaş"ın 4 sabiq oyunçusu Loris Karius, Vaqner Lav, Taliska, Şinji Kaqava və keçmiş məşqçisi Quti klubdan FİFA-ya şikayət edib. Hazırda onlarla bağlı araşdırmalar davam etdirilir.