Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 10:40
"Biz normal işləyirik və "Qarabağ" barədə düşünmürük. Yalnız cümə günündən sonra səfər oyunu və Avrokuboklara özümüzü həsr edəcəyik"
Qol.az gol.mk saytına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Sileks" klubunun futbolçusu Xristian Qrozdanoski ölkə çempionatda qarşılaşacaqları "Pelister"lə matçdan öncə deyib.
Onun sözlərin görə, çempionatda qarşılarında çətin və qeyri-müəyyən oyun var:"Buna baxmayaraq biz hazırıq və qələbə qazanmaq istəyirk".
Qeyd edək ki, "Qarabağ" - "Sileks" qarşılaşması avqustun 17-i saat 20:00-da başlayacaq.