Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus iflicə səbəb olur - ARAŞDIRMA

Koronavirus iflicə səbəb olur - ARAŞDIRMA

Tarix: 14 Avqust 2020 23:36

Türkiyənin elm adamları koronavirusun insan nevrologiyasına təsirlərini araşdırıb.

Sonxeber.net xəbər verir ki, Əbdülqadir Tunc, Yonca Ünlübaş, Murad Ələmdar və Enes Akyüzün apardığı araşdırma nəticəsində COVİD-19 xəstələrindən bəzilərinin nevroloji sarsıntı keçirdiyi bəlli olub.

Sakarya şəhərində gerçəkləşdirilən araşdırmada 45-77 yaş aralığında xəstəliyin risk qrupunda olan pasiyentlərin infeksiyaya yoluxduqdan sonra heç bir səbəb olmadan iflic keçirdiyi aşkarlanıb.

Araşdırma COVİD-19 xəstəliklərində iflic ola biləcəyinin ilk elmi sübutu olduğundan dünya tərəfindən koronavirusun nevroloji təsirlərinin araşdırılmasını təmin edib. (publika.az)


Etiketlər:  Koronavirus iflicə səbəb olur ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ