Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Operativ Qərargah toylardan danışdı

Operativ Qərargah toylardan danışdı

Tarix: 15 Avqust 2020 12:30

Toyların həyata keçirilməsi kifayət qədər əmək tutumulu sahələrdir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, şadlıq saraylarının fəaliyyəti həm də vergi tutumlu bir sahədir ki, ölkənin büdcəsinə müsbət təsir göstərir:

"Amma bu məsələdə də səmimi olmalıyıq. Dövlətin nəzərindən toyların həyata keçirilməsi iqtisadi baxımdan yaxşı olardı. Vacib bir məsələ isə epidemioloji vəziyyətdir. Bu məsələ ilə bağlı bəzi mədəniyyət xadimlərinin çıxışlarını da görürük. Toyların keçirilmə prosesinə nəzər salsaq, kifayət qədər kütləviləşmə olan mərasimlərdir.

Dövlət gəlirləri də, iqtisadi fəallığı da kənarda qoyaraq insanların təhlükəsizliyini əsas seçir. Azərbaycan dövlətinin yeritdiyi siyasətin mərkəzində insanların sağlamlığıdır".


Etiketlər:  Operativ Qərargah toylardan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ