Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtın yeni transferi

Sumqayıtın yeni transferi

Tarix: 15 Avqust 2020 15:32

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Qazaxıstanın U-21 millisinin sabiq üzvü Kərəm Sultanovu sıralarına qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, K.Sultanovun son klubu Qazaxıstan "Kaspi"si olub. Bundan əlavə o, ölkəsində "Ordabası", "Bayterek", "Kızıl-Jar" kimi komandalarda da çıxış edib.

Xatırladaq ki, "Sumqayıt" bunadək Tellur Mütəllimov, Elvin Məmmədov və Əli Qurbanini heyətinə qatmışdı.
 


Etiketlər:  Sumqayıtın yeni transferi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ