Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2020 11:06
Gəncə şəhər Baş Polis İdarəsinin (BPİ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə polis əməkdaşları qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxsi saxlayıblar.
Belə ki, şəhər sakini, əvəllər məhkum olunmuş Azər Əhmədlinin yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə becərilmiş, ümumi çəkisi 93 kq 330 qram olan 64 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.