Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2020 12:30
Bakının Səbail rayonunda iki yaşlı oğlunun öldürməyə cəhd edən Emil Kazıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanını təqdimatına baxılıb.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Emil Kazıyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.
Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilib.
Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Emil Kazıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə Səbail rayon Prokurorluğunda istintaq gedir.