Tarix: 18 Avqust 2020 01:02
Bu gün Avropa Liqasında ikinci finalçı da müəyyənləşib.
Qol.az xəbər verir ki, son yarımfinal matçında Milan "İnter"i Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Görüş İtaliya klubunun böyükhesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "neradzurra" 22 fasilədən sonra Avroliqanın finalına çıxıb.
"İnter" avqustun 21-də keçiriləcək final qarşılaşmasında "Sevilya" ilə üz-üzə gələcək.
17 avqust
Avropa Liqası, yarımfinal23:00. “İnter” (İtaliya) -“Şaxtyor” (Ukrayna)
- 5:0
Qol: Martines, 19, Dambrosio, 64, Martines, 74, Lukaku, 78, 84
Düsseldorf. "Merkur Şpil Arena"
16 avqust
“Sevilya” (İspaniya) -“Mançester Yunayted” (İngiltərə)
- 2:1