Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elmar Qasımov İstanbul Texnik Universitetinin rektoru ilə Süni intellekt ixtisasının yaradılmasını müzakirə edib

Elmar Qasımov İstanbul Texnik Universitetinin rektoru ilə Süni intellekt ixtisasının yaradılmasını müzakirə edib

Tarix: 18 Avqust 2020 12:52

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karaca arasında onlayn görüş keçirilib.

BANM-dan Sonxeber.net-a verilən məlumata görə, görüşdə İTU-nun prorektoru Alper Ünal, Süni İntellekt və Data Elmləri üzrə Mərkəzin müdiri Berk Canberk, Beynəlxalq təhsil üzrə dekan Yılmaz Akkaya da iştirak edib.

Görüş zamanı BANM ilə İTU arasında tədris, süni intellekt, ikili diplom, qarşılıqlı tələbə və müəllim mübadiləsi və əməkdaşlıq perspektivləri müzakirə edilib. Kompüter mühəndisliyi, birgə akademik proqramların həyata keçirilməsi və Suni İntellekt ixtisasının yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa, onlayn tədrisin təşkili istiqamətində qarşılıqlı təcrübə mübadiləsi və dəstək barədə qərar qəbul edilib.

Əldə edilən razılığa əsasən, Bakı Ali Neft Məktəbinin və İstanbul Texnik Universitetinin seçilmiş tələbələri hər iki təhsil müəssisəsinin diplomunu əldə etmək imkanı qazanacaq.

Qeyd edək ki, İstanbul Texnik Universiteti mühəndislik və memarlıq sahələrində ixtisaslaşmış ali təhsil məktəbidir və dünyanın qabaqcıl texniki universitetlərindən biri hesab olunur.


Etiketlər:  Elmar Qasımov İstanbul Texnik Universitetinin rektoru ilə Süni intellekt ixtisasının yaradılmasını müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ