Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' Kumanla danışıqlar apardığını təsdiqlədi

''Barselona'' Kumanla danışıqlar apardığını təsdiqlədi

Tarix: 18 Avqust 2020 14:26

"Barselona" yeni baş məşqçi vəzifəsi üçün Niderland millisinin çalışdırıcısı Ronald Kumanla danışıqlar apardığını təsdiqləyib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş direktoru Oskar Qrau məlumat verib. O, Kumanla danışıqlar aparmaq üçün Niderlanda gedib. Funksioner İspaniyaya qayıdarkən bununla bağlı açıqlama verib: "Bəli, mən Kumanla danışdım".

Qeyd edək ki, R.Kuman futbolçu karyerası ərzində 1989-1995-ci illərdə "Barselona"da oynayıb. O, 1998-2000-ci illərdə Kataloniya təmsilçisində məşqçi kimi işləyib.

Xatırladaq ki, "Barselona" Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı biabırçı məğlubiyyətdən sonra baş məşqçisi Kike Setyeni istefaya göndərib.


Etiketlər:  Barselona Kumanla danışıqlar apardığını təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ