Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' Kumanın təyinatını açıqladı - Rəsmi

''Barselona'' Kumanın təyinatını açıqladı -  Rəsmi

Tarix: 19 Avqust 2020 14:00

Ronald Kumanın “Barselona”ya baş məşqçi təyinatı rəsmiləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə 2022-ci ilin yayına qədər müavilə imzalanıb.

2018-ci ildən çalışdırdığı Niderland millisindən ayrılan Kuman “Barselona”da bir neçə gün əvvəl istefaya göndərilən Kike Setyeni əvəzləyib.

Qeyd edək ki, niderlandlı mütəxəssis 1998-2000-ci illərdə də Kataloniya klubunu çalışdırıb. O, futbolçu kimi də 1989-1995-ci illərdə bu komandanın şərəfini qoruyub.
 


Etiketlər:  Barselona Kumanın təyinatını açıqladı Rəsmi


RƏYLƏR