Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 08:54
Xəbər verdiyimiz kimi, azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, onu başından güllələyərək öldürüb hadisə yerindən qaçan şəxs polis tərəfindən saxlanılıb.
Qatilin kimliyi ilə bağlı rəsmi məlumat olmasa da, Musavat.com-un yaydığı xəbərdə bildirilir ki, bu şəxs "Lotu Quli"nin öz yaxınlığındakı adam, Xan Əhmədlinski ləqəbli kriminal avtoritetdir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.