Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 11:04
Bakı. Trend:
Azərbaycanda magistratura səviyyəsinə ən yüksək qəbulolma faizi Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunlarına məxsusdur.
Komitədən Trend-ə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında dərc olunan məlumatda bildirilir ki, Akademiyanın 16 nəfər məzunundan 13-ü magistraturaya qəbul olub.
Xatırladaq ki, 2019/2020-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə qəbul aparılıb. Akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçirilib.
Qeyd edək ki, Akademiyasının magistraturasına qəbul olunmuş bakalavrların sənədlərinin qeydiyyatı 27.06.2019-cu il tarixindən 10.07.2019-cu il tarixinə qədər (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-a kimi Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsində aparılacaq.Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin