Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 19:00
"Liverpul"un futbolçusu Jorjinyo Veynaldum karyerasını "Barselona"da davam etdirə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun niderlandlı yeni baş məşqçisi Ronald Kuman ilk olaraq həmyerlisini komandada görmək istəyir. 57 yaşlı mütəxəssisin Niderland millisininin 29 yaşlı yarımmüdafiəçisini yaxşı tanıdığı vurğulanıb.
Bildirilib ki, Veynaldum azad agent kimi "Barselona"yə keçə bilər. Çünki onun "Liverpul"la müqaviləsinin başa çatmasına 1 ildən az vaxt qalıb.
Qeyd edək ki, niderlandlı oyunçu 2019/2020 mövsümündə 47 matçda 6 qol vurub.