Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seroloji testlər immunitet səviyyəsini müəyyənləşdirmək üçün aparılır - İnfeksionist

Seroloji testlər immunitet səviyyəsini müəyyənləşdirmək üçün aparılır - İnfeksionist

Tarix: 21 Avqust 2020 07:42

"Qızılca və suçiçəyi kimi uşaqlıqda keçirdiyimiz xəstəliklərə qarşı bədənimizdə antikorlar dediyimiz əks cismlər yaranır. Koronavirusa yoluxan xəstələrin də bədənlərində antikorlar sintez olunmalıdır. Seroloji testlər insan bədənində əmələ gələn antikorların və immunitetin səviyyəsini müəyyənləşdirmək üçün aparılır".

Sonxeber.net xəbər verir ki, bu sözləri həkim-infeksionist Fərrux Sədirov seroloji testlərin əhəmiyyətindən danışarkən deyib.

"Seroloji testlərin toplumda rolu ondan ibarətdir ki, xəstəliklə qarşılaşma faizini müəyyənləşdirməyə kömək edir. Məsələn, hər hansı bölgədə suçiçəyi və ya qızılca pandemiyası yaşanıbsa, sonrakı mərhələdə bölgə əhalisinin neçə faizində xəstəliyə qarşı immunitet formalaşdığını bu testlər sayəsində öyrənə bilirik.

Tibbi baxımdan peyvəndləşdirmə mexanizminin genişləndirilməsi, üstəlik, yoluxma ola biləcək bölgələrin proqnozlaşdırılması seroloji testlərin əhəmiyyətli istiqamətləridir. Deyək ki, COVID-19-la bağlı cənub bölgəsində testlərin skrininqini həyata keçirdik. Cavablar sayəsində müəyyənləşdirə bildik ki, bu bölgədə əhalinin 80 faizinin bədənində əks cism var, ya yox. Bu da o deməkdir ki, bu bölgənin başqa yerdən gələn insanları yoluxdurma ehtimalı çox-çox azalıb, daha təhlükəsiz bölgəyə çevrilib", - həkim bildirib. (publika.az)


Etiketlər:  Seroloji testlər immunitet səviyyəsini müəyyənləşdirmək üçün aparılır İnfeksionist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ