Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqamızda yeni mövsüm başladı - Yenilənib

Premyer Liqamızda yeni mövsüm başladı - Yenilənib

Tarix: 21 Avqust 2020 22:28

Bu gün Azərbaycan Premyer Liqasında  2020/21 mövsümünə start verilib.
 
Qol.az xəbər verir ki, bununla da çempionatdakı 165 günlük fasilə bitib. Ölkəmizdə koronavirus pandemiyasına görə mart ayından çempionat oyunları keçirilmirdi. 

İlk oyun günündə 2 matç keçirilib. Çempionatda ilk turun açılış görüşü Sumqayıtda oynanılıb. Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" qarşılaşıb.  Matç Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Keşlə"nin yeni baş məşqçisi Yunis Hüseynov ilk oyununa qalibiyyətlə başlayıb.

Günün ikinci görüşündə Avroliqadakı digər təmsilçimiz “Neftçi”  “Səbail”i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib 

İlk turun digər qarşılaşmaları 22-23 avqust tarixlərinə təyin edilib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Premyer Liqanın oyunları azarkeşsiz keçiriləcək.

 
21 avqust
 
20:30. “Neftçi” – “Səbail” - 2:1
Qollar:
Namiq Ələsgərov, 16 (1:0), 66 (2:0), Peyman Keşavarz, 79 (2:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
8-ci km stadionu

18:30. “Sumqayıt” – “Keşlə” - 0:1
Qol:
Azər Salahlı, 90+4
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı
“Sumqayıt Arena”

27-ci dəqiqədə "Sumqayıt" penaltini düzgün yerinə yetirə bilməyib.
 

22 avqust (şənbə)

20:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”

23 avqust (bazar)

19:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

 


Etiketlər:  Premyer Liqamızda yeni mövsüm başladı Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ