Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sosial şəbəkədə prokurorluqla sual-cavab adlı sessiya keçirilib (VİDEO)

Sosial şəbəkədə prokurorluqla sual-cavab adlı sessiya keçirilib (VİDEO)

Tarix: 21 Avqust 2020 16:48

Bakı. Trend:

Avqustun 21-də saat 09:00-dan 15:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib.

Trend-in məlumatına görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılmış, eləcə də müraciətlər qeydə alınıb. Sessiya zamanı 107 müraciət daxil olmuş, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Bundan başqa, sessiya zamanı işə qəbul olunma ilə bağlı suallar ətraflı cavablandırılıb. Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də keçiriləcəkdir.


Etiketlər:  Sosial şəbəkədə prokurorluqla sual cavab adlı sessiya keçirilib VİDEO


RƏYLƏR