Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaqut Qarayeva: Payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq

Yaqut Qarayeva: Payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq

Tarix: 21 Avqust 2020 17:28

Pandemiya bütün dünyada fövqəladə hadisədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, heç bir ölkə bu xəstəliyə hazır deyil: "Bizim bütün həkimlər bu virusa qarşı hazırlanır. Bakıda həkimlərə bununla bağlı seminarlar da keşirilib. Bütün həkimlər bu işə səfərbər olunub. Biz bu virusa qarşı hazırlaşmaqda davam edirik. Biz payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq. Bəzi tibb işçilərinə istirahət verilib ki, qarşıdan gələn mövsümə hazırlıqlı olsunlar. Tibbi heyət bu işdə əlindən gələni əsirgəmir".

Milli.Az


Etiketlər:  Yaqut Qarayeva Payız qış mövsümünə ciddi şəkildə hazırlaşırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ