Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 15:24
"Derbi Kaunti"nin baş məşqçisi Frenk Lempard "Çelsi" ilə danışıqlara başlayıb.
Qol.az-ın xəbərinə görə, bu barədə İngiltərə Çempionşip təmsilçisinin saytı məlumat yayıb. "Derbi Kaunti" 41 yaşlı mütəxəssisin London klubu ilə danışıqlar aparmağına razılıq verdiyini vurğulayıb: "Ümid edirik ki, Lempard "Çelsi" ilə danışıqları tez bitirəcək".
Qeyd edək ki, Lempardın "Çelsi" ilə üç illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia olunurdu.
Xatırladaq ki, "Çelsi" baş məşqçisi Maurisio Sarri ilə yolları ayırıb. İtaliyalı mütəxəssis "Yuventus"a keçib.