Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 17:56
Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Qol.az xəbər verir ki, bu, "Sevilya"nın futbolçusu Lyuk De Yonqdur. O, "İnter"lə final matçında 2 qol vurub. Niderlandlı hücumçu səsvermədə komanda yoldaşları Ever Baneqa, Xesus Navas və Jül Kundeni qabaqlayıb.
Qeyd edək ki, "Sevilya" finalda "İnter"ə 3:2 hesabı ilə qalib gələrək tarixində 6-cı dəfə Avroliqanın qalibi olub.