Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 19:28
"Yuventus" "Barselona"nın futbolçusu Lionel Messi ilə maraqlanır.
Qol.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. Turin klubunun hücum xəttində Messi və Ronaldonun oynamasını istədiyi vurğulanıb.
Qeyd edək ki, argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun "Barselona"dan ayrılmaq variantı haqda düşündüyü bildirilir.