Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Siyavuş Novruzovla Ombudsman xanımı da cərimələndi

Siyavuş Novruzovla Ombudsman xanımı da cərimələndi

Tarix: 23 Avqust 2020 12:08

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da cəzalandırılıb.

Milli.Az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, S.Novruzov və həyat yoldaşı Səbinə Əliyeva Daxili İşlər Nazirliyi tərəfindən 400 manat cərimə olunublar.

Bundan başqa, sabiq Rabitə naziri Əli Abbasov, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəllinin xanımı Aysel Teymurzadə də eyni məbləğdə cərimə olunub.

Milli.Az


Etiketlər:  Siyavuş Novruzovla Ombudsman xanımı da cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ