Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Tarix: 24 Avqust 2020 16:54

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".


Etiketlər:  Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ