Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 14:38
Azərbaycan Milli Elmlər Akademiyası qurumun birinci vitse-prezidenti İsa Həbibbəyli ilə bağlı açıqlama yayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatda deyilir:
"Sosial şəbəkələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.
Akademik İsa Həbibbəyli 18 avqust 2020-ci il tarixdə saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün 24 avqustadək Naxçıvanda qalıb".