Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 08:52
Bakı. Trend:
ABŞ-da 2020-ci ildə keçiriləcək seçkilərə Demokrat Partiyasından prezidentliyə namizəd olan siyasətçilərin ilk televiziya debatları çərşənbə və cümə axşamı Mayamidə baş tutacaq.
Trend-in məlumatına görə, teledebatlar NBC, MSNBC və Telemundo telekanallarında, eləcə də sosial şəbəkələrdə canlı yayımlanacaq.
Demokrat Partiyasının Milli Komitəsi bu müzakirəyə yalnız üç namizədin qatılmasına icazə verib.
Bildirilir ki, debatlar iki mərhələdən ibarət olacaq və Mayami mədəniyyət mərkəzlərindən birində keçiriləcək. Müzakirələr yerli vaxtla saat 21:00-da başlayacaq və iki saat davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin