Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində - Yenilənib

''Qarabağ'' Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində -  Yenilənib

Tarix: 26 Avqust 2020 21:52

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilib.

Qol.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda  Moldova "Şerif"ini qəbul edib. 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib. "Şerif" isə Avropa Liqasının 3-cü raundunda mübarizə aparacaq.

Qeyd edək ki, "Şerif"  bundan əvvəl də avrokuboklarda "Qarabağ"a rəqib olmuşdu. Bundan əvvəlki görüşlərdə də təmsilçimiz Moldova klubundan güclü olub. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i mübarizədən kənarlaşdıran (0:0, 2:1) Ağdam təmsilçisi növbəti dəfə Avroliqanın pley-offunda tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də "Qarabağ" üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.

Xatırladaq ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib.

26 avqust

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova) - 2:1
Qollar
:Uroş Matiç, 22-pen (1:0), Mahir Emreli, 63 (2:0), Kastanyeda, 78 (2:1)
Qırmızı vərəqə: Anatole Abanq, 37- birbaşa qırmızı vərəqə ("Şerif")
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 


Etiketlər:  Qarabağ Çempionlar Liqasının təsnifat mərhələsində Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ