Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elektron qolbaq vasitəsilə məhkumun yaşayış yerini tərk etməsini öyrənmək mümkündür

Elektron qolbaq vasitəsilə məhkumun yaşayış yerini tərk etməsini öyrənmək mümkündür

Tarix: 26 Avqust 2020 12:52

Elektron qolbaq vasitəsilə məhkumun yşayış yerini tərk etməsini müəyyənləşdirmək mümkündür.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Elektron Monitorinq İdarəsinin baş məsləhətçisi Nəvai Əlizadə deyib.

Onun sözlərinə görə, həmin qolbaq məhkumun ayağına, topuqdan yuxarı hissəyə kəmər vasitəsilə bağlanır və məhkumun yerdəyişməsi ilə bağlı məlumatları mobil qurğuya ötürür: "Ev siqnal ötürücüsü məhkumun yaşayış yerində yaşayış yerinin ölçülərindən və şəraitindən asılı olaraq 2, 3 və daha artıq sayda quraşdırılır.

Ev siqnal ötürücülərinin vəzifəsi vaxt məhdudiyyəti ərzində məhkumun yaşayış yerində olması barədə məlumatları ötürməkdən ibarətdir. Bütün cihazlara hər hansı müdaxilə zamanı dərhal xəbərdarlıq siqnalı daxil olur. Həmçinin elektron nəzarət vasitələri məhkum tərəfindən yararsız vəziyyətə salındıqda dəyəri həmən şəxsdən tutulur. Məhkəmələr tərəfindən elektron nəzarət vasitələrinın tətbiqi ilə əlaqədar məhkumların üzərinə əsasən iki növ məhdudiyyət qoyulur-ərazi və vaxt məhdudiyyətləri. Eyni zamanda, məhkumların şəxsiyyəti, törətdiyi əməlin xarakteri və s. bu kimi vacib hallar nəzərə alınaraq məhkəmələr tərəfindən digər vəzifələr və məhdudiyyətlər də tətbiq edilə bilər".


Etiketlər:  Elektron qolbaq vasitəsilə məhkumun yaşayış yerini tərk etməsini öyrənmək mümkündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ