Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacı Əliyev finalda - Avropa oyunları

Hacı Əliyev finalda -  Avropa oyunları

Tarix: 26 Iyun 2019 19:20

Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulub.

 

Sərbəst güləş

65 kq

Yığmamızın liderlərindən biri - 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev 1/8 finalda Ermənistan idmançısı Valodya Franqulyanla qarşılaşıb və inamlı qələbə qazanıb - 6:0. O, 1/4 finalda belaruslu George Koliyevi 7:5 hesabı ilə məğlub edib. Əliyev yarımfinalda Ukraynanı təmsil edən Xor Oqannesyanla qarşılıb və qalib gələrək finala yüksəlib.

97 kq

1/8 finalda mübarizəyə başlayan digər güləşçimiz Nurməhəmməd Hacıyevin rəqibi Radoslav Baran (Polşa) olub. İdmançımız rəqibinə 8:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. O, bu mərhələdə  Gürcüstan təmsilçisi Elizbar Odikadzeni 7:3 hesabı ilə üstələyib. Onun final yolundakı rəqibi Murazi Mçedlidze (Ukrayna) olacaq.

Qadın güləşi

68 kq

İrina Netreba da yarışa 1/8 finaldan qoşulub. O, isveçli Cenni Franssona 1:3 uduzub. 

 

 


Etiketlər:  Hacı Əliyev finalda Avropa oyunları


RƏYLƏR