Tarix: 27 Avqust 2020 23:48
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.Qol.az xəbər verir ki, təmsilçilərimizdən "Keşlə" də ilk oyununa çıxıb. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın "Laçi" klubunu qəbul edib. Matçın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Laçi" (5:4) növbəti mərhələyə yüksəlib.
Bu, rəqiblərin Avroliqada ikinci dueli olub. 2015-2016 mövsümündə - Bakı təmsilçisi "İnter" adlandırılan zamanı rəqibini mübarizədən kənarlaşdırmışdı. Avroliqada 1-ci təsnifat mərhələsinin Albaniyadakı oyununda 1:1 bərabərliyə qalan komandalar Bakıda qolsuz heç-heçə etmiş və "İnter" səfər qolu sayəsində mərhələ adlamışdı.
27 avqust
Avropa Liqası
1-ci təsnifat mərhələsi
21:00. “Keşlə” (Azərbaycan)
– “Laçi” (Albaniya) - 0:0 (Penaltilər seriyası - 4:5)
Qırmızı vərəqə: De Oliviera, 72 ("Laçi"), Şəhriyar Əliyev, 112 ("Keşlə")
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. “ASK Arena”
"Laçi": + + + + +
"Keşlə": + + + + -