Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dərslər hətta 15 sentyabrdan da tez açıla bilər'' - Ekspert

''Dərslər hətta 15 sentyabrdan da tez açıla bilər'' - Ekspert

Tarix: 27 Avqust 2020 15:08

"Bildiyimiz kimi 3 martdan etibarən bütün təhsil müəssisələrində tədris prosesi dayanıb. Bu müddət ərzində 4447 orta məktəbdə 1,5 milyon şagird, 50-dən çox ali təhsil müəssisəsində 165 min tələbə, kollec və peşə təhsili müəssisələrində 30 minə qədər təhsil alan üçün ənənəvi dərs dayanıb və bu qədər insan evdədir". 

Bunu Milli.Az-a açıqlamasında Təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, Təhsil Nazirliyi koronovirus dövrünə təsadüf edən mövzuların birləşdirilməsi, yığcamlaşdırılmasını əks etdirən tədris proqramı hazırlamalıdır:

"Hazırda hər kəs bir mövzu ilə maraqlanır ki, dərslər bərpa olunacaqmı, olunsa keçirilməyən dərslər necə kompensasiya olunacaq? Düzdür, koronovirus epidemiyası ilə əlaqədar təhsil alanlar təhsillərini distant təhsil sistemi ilə davam etdirir. Bura Tele Dərs, Virtual Məktəb, müəllimlərin şəxsi təşəbbüsü ilə müəyyən proqramlar ilə keçdikləri online dərslər, Təhsil Nazirliyi və DİM-in yutub kanaındakı vəsaitlər də daxildir. Amma bütün hallarda dərslər bərpa olunacaq. O zaman texniki resursların cəlb edilərək keçirildiyi dərslərin taleyi necə olacaq? O dərslər təkrar bir də keçiriləcəkmi? Onlayn sistemdə keçirilən dərslər heç də bütün şagirdlər üçün əlçatan deyil. Yəni 3 martdan etibarən keçirilməli olan bir çox dərsləri mənimsəməyən şagirdlər var.

Təklifim kompensasiya təhsili proqramının işlənib hazırlanmasıdır. Yəni Təhsil Nazirliyi koronovirus dövrünə təsadüf edən mövzuların birləşdirilməsi, yığcamlaşdırılmasını əks etdirən tədris proramı hazırlamalıdır". 

"Kompensasiya təhsili bütöv bir dövr təhsili deyil, qismən və sürətlənmiş təhsil prosesidir. Bu prosesdə heç də tədris olunan bütün fənlər yox, zəruri akademik bilikləri formalaşdıran və növbəti sinif və pillələrdə vacib olan biliklərin verilməsini əks etdirən mövzu və paraqraflar tədris olunmalıdır.

Kompensasiya təhsilinin davam etmə müddəti isə 4-6 həftə ola bilər. 
Hesab edirəm ki, ötən tədris ilində qənaətbəxş təhsil verilməsi imkanları məhdud olduğuna görə, şagirdlərdə geriləmə tam mümkün haldır. Ona görə də, yaxşı olardı ki, tədris ili daha tez başlasın və əvvəlki tədris ilinin təkrarı həyata keçirilsin. Bunun üçün dərslərin hətta 15 sentyabrdan da tez başlanması mümkündür", - Kamran Əsədov bildirib.

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Dərslər hətta sentyabrdan açıla bilər Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ