Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İqor Makarov Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb

İqor Makarov Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb

Tarix: 27 Avqust 2020 16:45

Moskvadakı "ARETİ" Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Çox hörmətli Mehriban Arif qızı,

Doğum gününüz münasibətilə "ARETİ" beynəlxalq şirkətlər qrupunun rəhbərliyi və kollektivi adından ən səmimi təbriklərimizi qəbul edin.

Ürəkdən arzu edirik ki, bu günün bayram ab-havası həmişə qəlbinizə hərarət versin, həyat Sizə ətrafınızdakı insanların sevgisini, xeyirxahlığını və qayğısını bəxş etsin, çətinliklərdən və problemlərdən qorusun, hər gününüz nurlu, xoş əhvallı, gözəl və sevindirici hadisələrlə dolu olsun.

Sizə, yaxınlarınıza və əzizlərinizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar, səadət və firavanlıq arzu edirəm. Qoy, Sizin bütün planlarınız uğurla həyata keçsin, arzularınız və ümidləriniz gerçəkləşsin!"

Milli.Az


Etiketlər:  İqor Makarov Birinci vitse prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ