Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 15:00
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyyə edilərək vətənə qayıtmiş Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər.
Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin vətəndaşların, eləcə də ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib.
Onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.
Bu məsələlərin (o cümlədən əlilliyin təyinatı, pensiya təminatı və s.) həllində qanunvericilik çərçivəsində onlara və ailələrinə ehtiyac duyduqları sosial dəstəyin göstəriləcəyi bildirilib.