Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 15:16
Bakı. Nərgiz İsmayılova - Trend:
2020-ci ilin ilk yarısında Türkiyəyə qaz ixrac edən ölkələr arasında Azərbaycan liderlik edib.
Trend-in məlumatına görə, hesabat dövründə Türkiyə Azərbaycandan 5,444 milyard kubmetr qaz idxal edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 23,4 faiz artıb. Müsbət dinamikaya Trans-Anadolu qaz kəməri ilə nəql də öz təsirini göstərib.
2020-ci ilin yanvar-iyun aylarında Rusiyadan Türkiyəyə qaz ixracı 41,5 faiz azalaraq 4,678 milyard kubmetr təşkil edib.
Türkiyə eyni zamanda İrandan qaz idxalını azaldıb. Bu ilin ilk 6 ayı ərzində İrandan qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz azalaraq 2,029 milyard kubmetr təşkil edib.