Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 19:01
Bakı. Trend:
Paris Notr-Dam kilsəsiniin qəsdən yandırılmasını düşünmək üçün əsas yoxdur.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu araşdırmanın ilkin nəticələrinə istinadla Paris prokurorluğunun nümayəndəsi deyib.
Nümayəndə bildirib: "Heç bir element kilsənin qəsdən yandırıldığını göstərmir".
Qeyd edək ki, aprelin 15-i Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.
Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin