Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 12:46
Azərbaycanda daxili hava reyslərinin bərpası ilə bağlı hələ ki qərar yoxdur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, hazırda Bakı-Naxçıvan arasında hava reysləri həyata keçirilir: "Ermənistanın işğalçı siyasəti səbəbindən Bakı ilə Naxçıvan arasında yalnız hava yolu ilə əlaqə mövcuddur. Bu səbəbdən Bakı-Naxçıvan avia reysləri həyata keçirilir. Ancaq rayonlara gediş-gəliş bağlı olduğu üçün Bakı-Gəncə hava reylərinin də bərpa edilməsinə qərar verilməyib".