Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 22:52
Rusiyanın Azərbaycandakı Ticarət nümayndəliyinin 2020-ci il üçün Rusiya və Azərbaycanın hakimiyyət orqanları ilə birgə əsas məqsədi iki ölkə arasında məhsulların maneəsiz hərəkətini təmin etmək, bu mürəkkəb dövrdə istehsalçı və ixracatçıları dəstəkləməkdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayalov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən məhdudiyyət tədbirlərinin tətbiq edildiyi vaxtda Rusiyanın Azərbaycandakı Ticarət nümayndəliyi iki ölkənin idxalatçı və ixracatçılarında karantin müddətinə biznesin həyata keçirilməsi ilə bağlı yaranan sualların həlli prosesinə qoşulub:
"Biz öz işmizi Rusiyanın Azərbaycandakı səfirliyinin və Rusiya Sənaye və Ticarət Nazirliyinin Rusiya məhsullarının xarici bazarlara çıxarılması üzrə strateji yanaşmaların hazırlanması və əlaqələndirmə üzrə operativ qərargahın rəhbərliyi altında görürük".
Dövlət qurumlarının dəstəyi mövzusuna toxunan R.Mirsayalov qeyd edib ki, bu müddətdə təşkilat Azərbaycanın İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Gömrük Komitəsi, İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə operativ əməkdaşlıq edib:
"Moskvadakı həmkarım, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyevlə birgə biz Azərbaycandan və Rusiyadan maraqlı sahibkarların cəlb olunması ilə əczaçılıq, logistika, aqrar-sənaye kompleksi, internet ticarəti kimi ikitərəfli əməkdaşlığın vacib istiqamətləri üzrə bir sıra onlayn məşvərətlər və dəyirmi masalar keçirmişik".