Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Novruzovun komandasından heç-heçə

Novruzovun komandasından heç-heçə

Tarix: 30 Avqust 2020 22:22

Estoniya çemponatında 19-cu turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” öz meydanında “Kuressaare” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Novruzov da bu oyunun iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 19 turdan sonra 20 xalla 7-ci pillədə qərarlaşıb.

 


Etiketlər:  Novruzovun komandasından heç heçə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ