Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

155 əlilə reabilitasiya vasitələri verilib (FOTO)

155 əlilə reabilitasiya vasitələri verilib (FOTO)

Tarix: 31 Avqust 2020 12:16

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Siyəzən, Xızı, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz rayonlarında davam etdirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin 7 rayon üzrə 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 896 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq onlara təqdim edilib.

Bir sıra əlilliyi olan şəxslərin isə yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin edilmələri üçün müayinələri aparılıb və onlardan müvafiq ölçülər götürülüb.

Ümumilikdə bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi 1000-dən artıq əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərib. Ehtiyac duyduqları 3764 reabilitasiya vasitəsi onlara yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.

155 əlilə reabilitasiya vasitələri verilib (FOTO) - Gallery Image 155 əlilə reabilitasiya vasitələri verilib (FOTO) - Gallery Image 155 əlilə reabilitasiya vasitələri verilib (FOTO) - Gallery Image 155 əlilə reabilitasiya vasitələri verilib (FOTO) - Gallery Image


Etiketlər:  əlilə reabilitasiya vasitələri verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ