Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 13:36
Bakı. Elçin Mehdiyev – Trend:
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 705,9 milyon manatlıq məhsul istehsal edilib.
Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,8 dəfə, kimya sənayesində 18,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 19,0 faiz artıb.
Əsas kimya məhsullarından metanol istehsalı 26,0 faiz, propilen istehsalı 25,6 faiz, etilen istehsalı 24,3 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,6 dəfə, bərk polipropilen boruların istehsalı 25,2 faiz artıb.