Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıdakı Britaniya səfirliyi London taksilərindən istifadə edəcək (FOTO)

Bakıdakı Britaniya səfirliyi London taksilərindən istifadə edəcək (FOTO)

Tarix: 31 Avqust 2020 18:00

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Britaniya səfirliyinin Müvəqqəti İşlər vəkili Filip Barkley, Bakı Taksi Xidməti MMC-nin baş direktoru Fuad Əliyev ilə yeni London taksilərinin istifadəsi üçün tərəfdaşlıq müqaviləsi imzalayıb.

Britaniya səfirliyindən Trend-ə verilən məlumata görə, Barkley dedi: “Britaniya səfirliyində mümkün qədər ətraf mühitə ziyan vurmamağa çalışırıq. Hamımız karbon və digər çirkləndirici qazların tullantılarını azaltmalıyıq. Benzin mühərriklərindən çıxan karbon emissiyaları qlobal istiləşməyə səbəb olur ki, bu da dünyamızı daha da istiləndirəcək və quraqlıqla nəticələndirəcək və həyat tərzimizə təhdiddir.

Bakıda elektrik enerjisi ilə çalışan yeni taksilər Azərbaycanın ətraf mühitini qoruyur. İndi görüşlərə gedərkən ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə edəcəyimizə məmnunam.

Bakıdakı Britaniya səfirliyi London taksilərindən istifadə edəcək (FOTO) - Gallery Image Bakıdakı Britaniya səfirliyi London taksilərindən istifadə edəcək (FOTO) - Gallery Image Bakıdakı Britaniya səfirliyi London taksilərindən istifadə edəcək (FOTO) - Gallery Image Bakıdakı Britaniya səfirliyi London taksilərindən istifadə edəcək (FOTO) - Gallery Image Bakıdakı Britaniya səfirliyi London taksilərindən istifadə edəcək (FOTO) - Gallery Image


Etiketlər:  Bakıdakı Britaniya səfirliyi London taksilərindən istifadə edəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ