Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bir Pəncərə” vasitəsilə qeyri-neft ixracının dəyəri 19 milyon dollardan çox olub

“Bir Pəncərə” vasitəsilə qeyri-neft ixracının dəyəri 19 milyon dollardan çox olub

Tarix: 31 Avqust 2020 20:44

Bakı. Elçin Mehdiyev – Trend:

Bu ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 19,5 milyon ABŞ dolları olub.

Trend-in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ında qeyd olunur ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 312.8 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.


Etiketlər:  Pəncərə vasitəsilə qeyri neft ixracının dəyəri milyon dollardan çox olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ