Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trend BİA - 25 il: Kağız bülletenlərdən rəqəmsal platformaya

Trend BİA - 25 il: Kağız bülletenlərdən rəqəmsal platformaya

Tarix: 1 Sentyabr 2020 09:22

Bu gün, sentyabrın 1-də Trend müstəqil Beynəlxalq İnformasiya Agentliyi (BİA) 25 illik yubileyini qeyd edir.

Sonxeber.net bildirir ki, Trend BİA bu illər ərzində dövlət və xalq qarşısında öz məsuliyyətini başa düşən jurnalistləri sıralarında birləşdirir. Əsrin dörddə biri müddəti qədər fəaliyyətində Trend regional media məkanının lideri oldu. Kiçik özəl agentlik öz müştərilərinə kağız bülletenlərin çatdırılmasından dünyadakı analoqlarından geri qalmayan, bir çox dünya mediasının həsəd apara biləcəyi öz rəqəmsal platformasına sıçrayış edib.

Trend BİA-nın nailiyyətlərindən biri də İran, Gürcüstan və Orta Asiya ölkələrinin media məkanında rəqabət səviyyəsində çalışmasıdır. "Moody's International"ın 2010-cu ildə Trend-in beynəlxalq idarəetmə səviyyəsinə sahib bir şirkət kimi statusunu təsdiqlədikdən sonra isə agentlik ən nüfuzlu məlumat bazalarına girişə və nəticədə bu gün - transmilli mediada yüzlərlə gündəlik xəbərlərin agentlikdən təkrar nəşrinə nail oldu.

Trend BİA-nın uğurunun tərkib hissələri arasında yüksək keyfiyyətli məzmunu, etibarlı məlumat mənbəyi kimi nüfuzunu, agentliyin fəaliyyətinin rəqəmsallaşdırılmasını vurğulamaq lazımdır. Məntiqi nəticə Trend-in Avropa səviyyəsində tanınması oldu: 25 illik yubileyində Trend BİA Avropanın ən nüfuzlu media qaynaqları reytinqində (2020-ci ildə izləniləcək ən yaxşı 10 Avropa xəbər veb-saytları) "EU Reporter" и "Euractiv" kimi Avropa nəhənglərini qabaqladı.


Etiketlər:  Trend BİA Kağız bülletenlərdən rəqəmsal platformaya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ