Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 10:42
BMT Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizə sahəsində BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə əlaqədar Azərbaycana təşəkkür edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, T.Məhəmməd-Bande deyib ki, pandemiya ilə əlaqədar Baş Assambleyada xüsusi bir iclasın keçirilməsi dünya liderlərinin pandemiyaya qarşı cavab tədbirlərində daha çox iştirakını təmin edəcək.
"Bu, Baş Assambleyanın koronavirus infeksiyasının yayılmasına və insanların həyatına təsirinə cavab vermək üçün qlobal bir platforma rolunu daha da gücləndirəcək. Qoşulmama Hərəkatının sədri olaraq bu vacib xüsusi iclasın keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycana minnətdarıq".