Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maskaların ölkə ərazisindən aparılması üçün qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırıldı

Maskaların ölkə ərazisindən aparılması üçün qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırıldı

Tarix: 1 Sentyabr 2020 16:15

Bakı. İlhamə İsabalayeva – Trend:

Maskaların ölkə ərazisindən aparılması üçün qoyulan müvəqqəti məhdudlaşdırma aradan qaldırılıb.

Trend-in məlumatına görə, Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarında dəyişiklik edib.

Bu dəyişikliyə əsasən, qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.

Həmin Qərara əlavə – “Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı”na da dəyişiklik edilib.

Bu dəyişikliyə əsasən, maskalar gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısından çıxarılıb.


Etiketlər:  Maskaların ölkə ərazisindən aparılması üçün qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ