Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saxta arayışlar hazırlayan daha bir vəzifəli şəxs məsuliyyətə cəlb edildi

Saxta arayışlar hazırlayan daha bir vəzifəli şəxs məsuliyyətə cəlb edildi

Tarix: 1 Sentyabr 2020 18:06

Bakı. Samir Əli - Trend:

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Masallı rayon prokurorluğundan Trend-ə bildirilib ki, Masallı rayon İcra Hakimiyyəti başçısının Qəriblər kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Elvin Ağayevin xüsusi karantın rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi və həmin arayışlara yalan məlumatlar daxil etməsi barədə daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.

Aparılmış istintaqla, Elvin Ağayevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək xüsusi karantin rejimi qaydalarını pozmaqla sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Avqustun 18-də Elvin Ağayevə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.
28 avqust 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Masallı rayon məhkəməsinə göndərilmişdir.


Etiketlər:  Saxta arayışlar hazırlayan daha vəzifəli şəxs məsuliyyətə cəlb edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ