Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Gimnastika Federasiyası Trend-i 25 illik yubileyi ilə bağlı təbrik edib

Azərbaycan Gimnastika Federasiyası Trend-i 25 illik yubileyi ilə bağlı təbrik edib

Tarix: 1 Sentyabr 2020 18:33

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası Trend Beynəlxalq İnformasiya Agentliyi 25 illik yubileyi münasibətilə təbrik edib.

Azərbaycan Gimnastika Federasiyası uzun illərdir rəsmi tərəfdaşı olan agentliyi yubiley münasibətilə ürəkdən təbrik edir:

"Fəaliyyətlərində yeni nailiyyətlər və nəinki Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda daim ön sıralarda olmağı arzu edirik!

Uzunmüddətli əməkdaşlığımız ərzində daim yanımızda olub, bizə dəstək göstərdiyi, eyni zamanda gimnastika aləmində baş verən ən son yeniliklər haqqında cəmiyyətimizi operativ, düzgün və sanballı şəkildə məlumatlandırdığı üçün Trend-ə dərin təşəkkürümüzü bildiririk.

Əməkdaşlığımız bizim üçün çox dəyərlidir!"

Azərbaycan Gimnastika Federasiyası Trend-i 25 illik yubileyi ilə bağlı təbrik edib - Gallery Image


Etiketlər:  Azərbaycan Gimnastika Federasiyası Trend illik yubileyi ilə bağlı təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ