Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün daha 3330 namizəd müəllim olmaq üçün imtahan verir

Bu gün daha 3330 namizəd müəllim olmaq üçün imtahan verir

Tarix: 2 Sentyabr 2020 09:21

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 2-də riyaziyyat fənni üzrə test imtahanları keçirilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanlarda 3330 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!


Etiketlər:  gün daha 3330 namizəd müəllim olmaq üçün imtahan verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ