Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş nazir müavininin həbs müddəti uzadıldı

Keçmiş nazir müavininin həbs müddəti uzadıldı

Tarix: 2 Sentyabr 2020 18:20

Bakı. Samir Əli - Trend:

Bu gün Səbail Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin keçmiş müavini Bayramov Rafiq Yasin oğlunun məhkməsi keçirilib.

Trend-in məlumatına görə, Səbail rayon Məhkəməsində Rafiq Bayramov barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb və həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  Keçmiş nazir müavininin həbs müddəti uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ